“Liverpul” və “Mançester Siti” “Barselona”dan daha yaxşı komandadır” – Van Qal

“Mançester Yunayted”in sabiq baş məşqçisi Lui Van Qal Çempionlar Liqasında bu mövsümü dəyərləndirib.

Sozcu.az-ın məlumatına görə, BBC-yə danışan hollandiyalı mütəxəssis “Liverpul”un ÇL-in ən yaxşı klubu olduğunu deyib:

“İnsanlar “Barselona”nın digər komandalardan daha yaxşı olduğunu düşünür, ancaq elə deyil. “Liverpul” və “Mançester Siti” “Barselona”dan daha yaxşı komandadır. “Liverpul” “Mançester Siti”dən də öndədir. Mənim fəlsəfəmə görə kuboku ən güclü komanda qazanmalıdır. Ancaq ümid edirəm ki, qalib “Mançester Siti” olacaq, çünki ən yaxşı futbolu onlar oynayırlar”.(Qol.az)