“Liverpul”, səni təbrik edirəm. Çempionsan!” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın “Norviç”ə qarşı dünənki matçdakı məğlubiyyətdən (2:3) sonra lider “Liverpul”la aralarında yaranmış 5 xallıq fərqə zarafatla münasibət bildirib.

Sozcu.az-ın xəbərinə görə, oyundan sonra keçirilən mətbuat konfransında o, yumorla deyib: “Liverpul”, səni təbrik edirəm. Çempionsan! İndi sentyabrdı? Nə olsun ki…”

Qvardiola bildirib ki, komandası bundan sonrakı oyunlara köklənəcək.(Qol.az)