Liverpul” liderliyə yüksəldi

İngiltərə Premyer Liqasının 31-ci turunda daha bir oyun keçirilib.

Sozcu.az-ın məlumatına görə, “Liverpul” səfərdə “Fulhem”lə qarşılaşıb. Mersisaydlılar autsayderlə görüşdə çətin qələbə qazanıb – 2:1. Bu nəticədən sonra xallarının sayını 76-ya çatdıran Yurgen Kloppun komandası liderliyə yüksəlib.

17 mart

“Fulhem” – “Liverpul” – 1:2
Qollar: S. Mane, 26 (0:1), R. Babel, 74 (1:1), C. Milner, 81-penalti (1:2)

Qeyd edək ki, ikinci pillədə “Liverpul”dan 1 oyun az keçirən “Mançester Siti” (74 xal) qərarlaşıb. “Fulhem” isə 17 xalla 20 komanda arasında 19-cudur.(Qol.az)