Lisani aclıq aksiyasını dayandırdı – Səbəb

Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsində Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəalı Abbas Lisaninin ikinci məhkəmə iclası keçirilib.

Sozcu.az xəbər verir ki, aclıq aksiyası ilə əlaqədar fəalın səhhətində yaranan problemə görə məhkəmə prosesinin davamı sabaha təxirə salınıb.

Lisani ailəsinin və digər güneyli fəalların təkidi ilə aclıq aksiyasını müvəqqəti olaraq dayandırıb.