“Lion”dan Mourinyo açıqlaması

“Lion”un prezidenti Jan-Mişel Ola Joze Mourinyonu klubun baş məşqçi vəzifəsinə gətirəcəkləri barədə yayılan iddialara münasibət bildirib.

Sozcu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, portuqaliyal ımütəxəssislə maraqlanmadıqlarını deyib: “Mourinyo ilə ötən yay Moskvada görüşmüşdük. Amma bu “Lion”la bağlı deyildi. Mourinyo maddi cəhətdən durumumuza uyğun biri deyil”.

Qeyd edək ki, “L’Equipe” nəşri Mourinyonun “Monako” və ya “Lion”u çalışdıra biləcəyini yazmışdı.(Qol.az)