“Lion”da baş məşqçi dəyişikliyi

“Lion” klubunun yeni idman direktoru və baş məşqçisi məlum olub.

Sozcu.az xəbər verir ki, Liqa 1 təmsilçisində idman direktoru vəzifəsinə Juninyo Pernambukano, baş məşqçi postuna isə Silvinyo gətiriləcək. Bu barədə “Lion”un prezidenti Jan-Mişel Olas Fransa mətbuatına açıqlamasında deyib.

Silvinyo Braziliya millisinin baş məşqçisi Titenin köməkçisi kimi çalışır.

“Lion”da bir müddət əvvəl baş məşqçi Bruno Cenesionun mövsümün sonunda komandadan ayrılacağı açıqlanmışdı.

Lion”un əfsanəvi braziliyalı futbolçusu Juninyonun idman direktoru təyin edildiyini bəyan edib.

Ola Braziliya millisində Titenin köməkçisi çalışan Silvinyonun komandanın baş məşqçisi təyin edildiyini deyib.

45 yaşlı braziliyalı mütəxəssis bu vəzifədə Bruno Jenesionu əvəz edib.

“Korintians”, “Arsenal”, “Selta”, “Barselona” və “Mançester Siti” kimi klublarda oynamış Silvinyo 2011-ci ildən məşqçiliyə başlayıb. O, 2016-cı ildən Braziliya yığmasında çalışırdı.

Juninyo Pernambukano 2001-2009-cu illərdə “Lion”da çıxış edib və 248 oyuna 75 qol vurub. 44 yaşlı braziliyalı sabiq yarımmüdafiəçi 2013-cü ildə “Vasko da Qama”da karyerasını bitirib.