“Lion” baş məşqçisi ilə yolları ayırdı

“Lion” baş məşqçisi Silvinyo ilə yolları ayırıb.

Sozcu.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın Fransa çempionatında uğursuz çıxışı səbəbindən braziliyalı mütəxəssis istefaya göndərilib. Baş məşqçi səlahiyyətlərini müvəqqəti olaraq Jeral Batiklin yerinə yetirəcəyi bildirilib.

Qeyd edək ki, “Lion” ölkə çempionatında 9 turdan sonra 9 xalla 14-cü pillədə qərarlaşıb.(Qol.az)