Əli Kərimlinin cangüdəni həbs edilib

Bu gün Bakının Qaradağ rayon məhkəməsi Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Ruslan Əmirovu 15 günlük inzibati həbs cəzasına məhkum edib. O, İnzibati Xətalar Məcəlləsinin 510.1-ci (kiçik xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.

AXCP-də Əmirovun AXCP lideri Əli Kərimlinin cangüdəni olaraq qaldığına görə saxta, siyasi motivli ittihamla həbs edildiyindən əmindirlər.

Əmirov apreldə karantin rejimini pozmaq ittihamı ilə 30 gün müddətinə həbs edilmişdi.

AXCP-nin sədr müavini Seymur Həzi bildirib ki, hazırda Kərimlinin üç cangüdəni və bir köçəkçisi həbsdədir. Karantinin başlanğıcından etibarən 20-dən çox AXCP fəalı inzibati qaydada həbs edilib, daha 3 nəfər cinayət məsuliyyətinə cəlb edilib. -03B06-

 

Əli Kərimlinin mühavizəçisi saxlanıldığı deyilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Ruslan Əmirov saxlanıldığı deyilir.

Sozcu.az xəbər verir ki, Bu barədə Turana AXCP-dən məlumat verilib.

Məlumata görə, Əmirov Masallı rayonunda saxlanılıb. “Günorta saatlarında o, paltar bazarında olarkən onu sahə müvəkkilin maşınına mindirəndə görüblər. Bundan sonra Ruslan Əmirovla əlaqə saxlamaq mümkün olmayıb. Çox güman ki, həbs olunub”.

Partiyada hesab edirlər ki, bu AXCP-nin fəaliyyəti və son vaxtlar partiya fəallarına qarşı təzyiq kampaniyası ilə bağlıdır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Son məlumata görə, Əmirovu Gobustan polis bölməsinə gətiriblər.

Facebook Comments