Əli Əkbər Vilayəti ABŞ prezidentini “beynəlxalq oğru” adlandırıb

Suriya hakimiyyəti müraciət edəcəyi təqdirdə İran bu ölkədən bütün Amerika qoşunlarını çıxarmağa hazırdır.

Sozcu.az  xəbər verir ki, bu sözləri İran Ali dinin liderinin müşaviri Əli Əkbər Vilayəti deyib.

O bildirib ki, ABŞ Suriya neftini oğurlayır, Donald Tramp isə Suriya xalqının iradəsinə qarşı gedərək onu mənimsəyir.

Vilayəti Ağ Ev rəhbərini “beynəlxalq oğru” adlandırıb:

“Biz ümid edirik ki, yaxın zamanda ABŞ-ın Suriya regionlarında qanunuz nəzarəti bitəcək. Həmçinin suriyalılar buna adekvat cavab verib bu nəzarəti sonlandıracaq”.

Facebook Comments