Əli Kərimli evinin qarşısında saxlanıldı

AXCP sədri Əli Kərimli yaşadığı evin qarşısında polis tərəfindən saxlanılıb. Bu haqda AXCP-dən məlumat verilib.

Daha əvəl Əli Kərimli onun evinin qarşısında 20-dək mükli geyimli əməliyyatçının olduğu bildirmişdi.

“Evimizin qarşısında, daha doğrusu düz liftin qarşısında 20 nəfərə qədər mülki geyimli şəxs – əməliyyatçılar dayanıb. Yəqin ki, mənim mitinqə getməyimi əngəlləməyə çalışacaqlar, ya da mənzilə gələcəklər. Binanın qarşısından jurnalistlər Təzəxan Mirələmli, Fatimə Mövlamlı və daha bir jurnalisti artıq həbs etdilər. Hələ də həbs olunmamış jurnalistləri binamızın qarşısına – blokumuzun daxilinə dəvət edirəm. Mən danışdığımız kimi, saat 15:00-da mitinqdə olmaq üçün 14:50-də evdən çıxacam” – deyə Əli Kərimli özünün feysbuk səhifəsində yazmışdı.

Qeyd edək ki Mili Şura 28 May metrostansiyasının qarşısına mitinq təyin edib. Lakin polis bu ərazini mühasirəyə alaraq aksiyanın baş tutmasına imkan vermir.

Basta