Əli İnsanov məhbus yoldaşları ilə görüşdü –FOTO

Bu gün keçmiş səhiyyə naziri, Prezident İlham Əliyevin martın 16-da imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılan Əli İnsanov 13 saylı Cəzaçəkmə Müəssisəsində onunla birgə cəza çəkmiş jurnalistlər və siyasi fəallarla bir araya gəlib.

Sozcu.az xəbər verir ki, görüşdə Tofiq Yaqublu, İlkin Rüstəmzadə, Pərviz Həşimli, Fərəc Kərimli, Əbdül Əbdülov iştirak ediblər. Keçmiş nazirin xahişi ilə görüşdə iştirak edənlər bu barədə açıqlama verməkdən imtina ediblər.(Strateq.az)