Lalə depressiyaya düşüb?

“Ürəyinizin səsini dinləyin, nə desə, onun dalınca gedin. Bitdisə, sabahı və ya dünəni fikirləşməməliyəm. Bu günlə yaşayıram. İtirəcəyim çox şey var. Onları itirməkdən qorxduğum üçün nələrisə ötürürəm”.

Sozcu.az-ın məlumatına görə, bu sözləri “Şou news” verilişinə açıqlamasında Əməkdar artist Lalə Məmmədova deyib. Son günlər şəxsi həyatı və qısa kəsdirdiyi saçları ilə gündəmdən düşməyən müğənni depressiyada olması iddialarına cavab verib.

Məmmədova bildirib ki, saçını kəsməsinə səbəb depressiyada olması deyil:

“Əslində ilk özüm sevindim bu imicə. Bunu daşıya bilmək yaşıma çatdım. Bilmirəm nə dərəcədə yaxşıyam və ya pisəm. Öz xoşuma gəlir. Kimlərsə bəyənməyə bilər”.

Sənətçi estetik əməliyyat etdirən həmkarlarına da dəstək olub:

“Estetik əməmliyyat mən də etdirmişəm, qəbahət deyil. Müəyyən yaşdan sonra qadınlar arıqlasalar da, bədənlərinin müəyyən hissəsini yığa bilmirlər. O zaman plastik əməliyyat lazımdır”.(Axşam.az)