“Laçın dəhlizindəki sərhəd-keçid məntəqəsi açıq qapı olmamalıdır…”

“Digər belə məntəqələrimiz kimi, vətəndaşlığından, milliyyətindən asılı olmayaraq Laçındakı sərhəd-keçid məntəqəsindən də keçən hər kəs Azərbaycan dövlətinin suverenliyinə hörmət etməli olduğunu bilməlidir”.

Moderator.az əməkdaşının “10 Noyabr üçtərəfli razılaşmasından sonra Azərbaycan üçün ən təhlükəli və qorxulu məsələ sülhməramlı adı altında Rusiya hərbi kontingentinin yerləşmiş olduğu Laçın dəhlizindəki sərhəd-keçid məntəqəsinin bizim nəzarətimizdə olmamasıdır. Yəni ermənilərin oradan kimləri, nələri ərazimizə keçirdiyini bilmirik. Siz 1988-1990-cı illərdə siyasi meydanda və ən yüksək dövlət vəzifələrində olmuş biri kimi Laçın dəhlizinin strateji əhəmiyyətini yaxşı bilirsiniz. Keçmiş bir ölkə rəhbəri kimi bu haqda nə düşünürsünüz?” sualını eks-spiker Yaqub Məmmədov qısa və konkret cavablandırıb:

“Bəli, elədir. Bu, ciddi məsələdir. Amma bilirsiniz, o məsələ haqda müxtəlif fikirlər səslənir. Mən dəqiq bilmirəm Laçındakı sərhəd məntəqəsinə Azərbaycan dövlətinin nəzarəti var, ya yoxdur. Hesab edirəm ki, o məntəqəyə bizim nəzarətimiz mütləq olmalıdır. Rusiya sülhməramlılarıyla paralel müstəqil dövlət kimi bizim də orada sərhəd, gömrük xidməti və digər xidmətlərimizin nəzarəti təşkil edilməlidir. Ora açıq qapı olmamalıdır. Buna yol vermək olmaz. Digər belə məntəqələrimiz kimi, vətəndaşlığından, milliyyətindən asılı olmayaraq Laçındakı sərhəd-keçid məntəqəsindən də keçən hər kəs Azərbaycan dövlətinin suverenliyinə hörmət etməli olduğunu bilməlidir”.

Facebook Comments