La Liqada heç kimin edə bilmədiyini yenə Messi etdi

“Barselona”nın kapitanı Lionel Messi La Liqada tarixi göstəriciyə imza atıb.

Sozcu.az ESPN FC-ni Tvitter səhifəsinə istinadən xəbər verir ki, o, bir mövsümdə ən azı 20 qol vuran və ən azı 20 qolun ötürməsini edən ilk futbolçu kimi İspaniya çempionatının tarixinə düşüb.

Dünən “Valyadolid”ə qarşı 36-cı turun matçında (1:0) Arturo Vidalın vurduğu qolun ötürməsini də məhz Messi edib.

Ümumilikdə o, La Liqada hazırkı mövsümdə 22 qol vurub və 22 qolun ötürməsini edib.

Facebook Comments