Kyellini Ronaldonun son durumundan danışdı

“Yuventus”un futbolçusu Corco Kyellini koronavirusa yoluxan komanda yoldaşı Kriştiano Ronaldo haqda danışıb.

Sozcu.az “AS”a istinadən xəbər verir ki, o, portuqaliyalı hücumçunun özünü yaxşı hiss etdiyini deyib: “Ronaldo yaxşıdır, sakitdir, günəş vannası qəbul edir. Sağaldıqdan sonra geri dönəcək”.

Qeyd edək ki, Ronaldo koronavirus səbəbindən Portuqaliya millisinin düşərgəsini tərk edib.

Facebook Comments