KXCP-də gərgin sessiya – RAYON ŞÖBƏSİ BURAXILDI

KXCP Ali Məclisinin növbəti sessiyası keçirilib

Sozcu.az xəbər verir ki, Sessiyada ictimai siyasi vəziyyətlə bağlı partiya sədrinin məruzəsi dinlənilib, məruzə ətrafında müzakirələr aparılıb və uyğun qərarlar qəbul edilib. KXCP-nin Azərbaycan Xalq Hərəkatında iştirakı dəstəklənib, 31 mart-Azərbaycanlıların soyqırımı ilə bağlı Müraciət qəbul edilib.

Sessiyada KXCP Ağsu rayon şöbəsinin “Turan” və “Savalan” özək təşkilatlarının müraciəti müzakirə edilib. Müzakirələrin nəticəsi olaraq qərara alınıb ki, Ağsu rayon şöbəsi ilə bağlı KXCP İdarə heyəti, QHüTK-nin qərarları, “Turan”, “Savalan” özək təşkilatlarının müraciətləri nəzərə alınaraq Ağsu rayon şöbəsi buraxılsın və Ağsu rayon şöbəsinin yenidən bərpa edilməsi üçün Təşkilat Komitəsinin yaradılması KXCP İdarə Heyətinə tapşırılsın.

Sessiyada Oktay Güləliyevin KXCP Ali Məclisi üzvlüyündən azad edilməsi ilə bağlı qərardan şikayətinə baxılıb. Şikayət müzakirə edilib və Ali Məclisin O.Güləliyevin Ali Məclis üzvlüyündən azad edilməsi ilə bağlı qərarı qüvvədə saxlanılıb.

Sessiya Azərbaycan Respublikasının dövlət himninin oxuması ilə başa çatıb.