Kuril adalarında güclü zəlzələ: Sunami təhlükəsi…

Kuril adalarında 7,2 bal gücündə zəlzələ baş verib.

Sozcu.az xəbər verir ki, bu məlumatı Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı yayıb. Məlumata görə, zəlzələ Bakı vaxtı ilə 06:49-da baş verib.

Zəlzələnin episentrinin Şimali Kurilsk şəhərindən 226 kilometr cənub-şərqdə 50 kilometr dərinlikdə yerləşdiyi vurğulanıb.

Zəlzələdən sonra bölgədə sunami təhlükəsi yaranıb. Bununla əlaqədar olaraq Paramuşir adalarından əhalinin evakuasiyası başlanılıb.

Facebook Comments