“Küçəmizdə işimə kişi sənəti kimi baxmırdılar” – Əməkdar artist

Əməkdar artist Qurban Məsimov İTV-də yayımlanan “Dikdaban” proqramına qonaq olub.

Sozcu.az xəbər verir ki, o, aktyorluq sənətini seçməyi ilə bağlı danışıb:

“Jurnalistikaya, xəfiyyə olmağa, kino rejissorluğuna marağım var idi. Bizim küçədə aktyorluğa kişi sənəti kimi baxmırdılar. Kişisənsə, aktyor olmalı deyildin. İncəsənət İnstitutuna qəbul olduğumu deyəndə, hansı fakultədə oxuyacağımı soruşdular. Dedim ki, rejissorluğa qəbul olmuşam. Dedilər ki, yenə Allaha şükür ki, aktyor olmamısan”.

Hazırda Kukla Teatrında çalışan aktyor uşaqların teatra olan marağından da söz açıb:

“Teatra getməyən uşağın bir tərəfi əskik qalır. Uşaq ruhunu ac saxlayırsa, gələcəkdə cəmiyyət üçün təhlükəlidir. İnsanların ali məqsədi maddiyyat və sağlamlığını qaydada saxlamaqdır. Bütün problemlərin həlli ruhumuzun şad olmağına xidmət edir. Nəyi əldə etmək istəyiriksə, ruhumuzun rahatlığı üçündür”.(Axşam.az)