Kubokun oyunlarına necə baxaq?

Azərbaycan kubokunun yarımfinalında bu gün keçiriləcək “Qəbələ” – “Qarabağ” və “Sumqayıt” – “Zirə” oyunları canlı yayımlanacaq.

Sozcu.az-ın məlumatına görə, hər iki qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə birbaşa nümayiş olunacaq.

Qeyd edək ki, Qəbələdəki matç saat 16:00-da, Sumqayıtdakı görüş isə 18:30-da başlayacaq.(Qol.az)