Kriminal avtoritetdən Əli İnsanova – Cavab

Tanınmış kriminal avtoritet Lotu Qulinin (Nadir Səlifov) yaxın adamı kimi tanınan Elnur Şuşalı Əli İnsanovun müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

Sozcu.az Bizimyol.info-ya istinadla xəbər verir ki, sabiq səhiyyə naziri Əli İnsanovun azadlığa çıxmasından sonra verdiyi müsahibəsində səsləndirdiyi fikirlər kriminal avtoriteti də dilə gətirib.

Sabiq nazirin açıqlamasında “Mən həbsdə nə ailə üzvlərimlə, nə də nəvələrimlə görüşmüşəm. Belə yerdə oğru qanunlarına hörmət etmək lazımdır” sözləri avtoritetin sərt reaksiyasına səbəb olub.

“Yaşından, başından utan! Hamı ailəsilə də görüşür, telefonla da danışır”, – E.Şuşalı deyib.

Qeyd edək ki, əməkdar jurnalist, Teleqraf Media Qrupunun rəhbəri Aynur Camalqızı böyük rezonans yaradan məqaləsində Əli İnsanovun açıqlamalarının siyasi olmadığını, o açıqlamalara artıq kriminal avtoritetlərin münasibət bildirə biləcəyini qeyd etmişdi.(Axar.az)