“Kreml Azərbaycanda təxribatlarını davam etdirsə…”

“Kreml niyəsə tələsir, artıq hadisələri sürətləndirir. Ermənistanın Baş Qərargahı, yəni ordusu Paşinyanı istefaya çağırdı. Bu hərbi çevriliş cəhdidir, belə bir addım Moskvanın istəyi olmadan mümkün deyil”.

Sozcu.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli deyib.

N.Cəfərli qeyd edib ki, Rusiya tələsir, bu, heç yaxşı əlamət deyil: “Əgər Nikol devrilsə onun yerinə gətirəcəyi şəxsə legitimlik və hörmət qazandırmağa çalışacaq, o şəxs daha militarist və revanşist olmağa məhkum olacaq. Paşinyanın yerinə gətirəcəyi şəxsə “hörmət” qazandırmaq üçün Kreml Qarabağda və sərhəd bölgələrində ermənilərin əli ilə təxribatlar törədə bilər. Çox ağır durum yarana bilər, Nikol tərəfdarlarını küçəyə çağırdı, əgər çox sayda insanı toplayıb da hərbi çevrilişin qarşısını ala bilsə, rəsmi İrəvan Moskvadan daha da uzaqlaşacaq, Kreml Azərbaycanda təxribatlarını davam etdirsə (zatən hər gün bunu edir) rəsmi Bakıdan da uzaq düşəcək. Necə deyərlər, dirən Nikol…”

Facebook Comments