Krediti olanlara güzəşt ediləcək? – AÇIQLAMA

İlkin tədbirlər planı zamanı krediti olanlara güzəştlərin verilməsi nəzərdən keçirilib. Bu məsələnin bank və özəl sektor arasında əməkdaşlıqla həllini tapması yaxşı olardı.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov pandemiya dövründə krediti olanlara güzəştlərin edilməsilə bağlı sualı cavablandırarkən bildirib.

Ş.Mövsümov qeyd edib ki, hazırda belə bir məsələ müzakirə olunmur.

Facebook Comments