Koronavirusun beyinə ÖLÜMCÜL TƏHLÜKƏSİ aşkarlandı

Nyu-York Universitetinin Qrossman tibb fakültəsinin alimləri hesab edir ki, SARS-CoV-2 koronavirusuna yoluxmuş hər 7 nəfərdən birində həyatı təhlükəli nevroloji xəstəliklər meydana çıxa bilər.

Sozcu.az xəbər verir ki, simptomlar müvəqqəti qıcolmalara və insulta qədər dəyişilir. Araşdırmanın nəticələri “Neurology” jurnalında dərc olunub. Mütəxəssislər beyin xəstəlikləri və ya digər sinir xəstəlikləri diaqnozu qoyulmuş 606 COVID-19 xəstəsinin sonrakı durumunu izləyib. Nevroloji simptomları olan xəstələrin yarısı 71 yaş və daha yuxarı yaş qrupu olun, bunların isə 66 faizi kişilərdir.

Alimlər beynin və ya ətrafdakı membranların (ensefalit və menenjit) iltihablanmasını aşkarlamayıb, bu da virusun birbaşa mərkəzi sinir sisteminə daxil olmadığını göstərir. Lakin nevroloji simptomların baş verməsi ağır koronavirus xəstəsinin ölüm riskini 38 faiz artırır. Həkimlərin sözlərinə görə, nevroloji xəstəliklərin meydana gəlməsi həm də xəstəxanadan çıxdıqdan dərhal sonra uzun müddətli terapiya və ya reabilitasiya ehtimalını 28 faiz artırır.

Nevroloji fəsadlar ağır xəstəliklərin və bədənin aşağı oksigen səviyyələrinin ikinci dərəcəli nəticələridir. Kimyəvi elektrolit balansının pozulması, şiddətli infeksiya və ya böyrək çatışmazlığı, ümumi nevroloji problemlər, ümumiyyətlə, qızdırma, təngənəfəslik və öskürək də daxil olmaqla ümumi COVID-19 simptomlarının başlamasından 48 saat ərzində meydana gəlir. (publika.az)

Facebook Comments