Koronavirusu müalicə etdiyini deyən keşiş özü infeksiyadan öldü

Koronavirusu müalicə etdiyini bildirən keşiş özü virusa yoluxduqdan bir həftə sonra ölüb.

Sozcu.az APA-ya istinadən xəbər verir ki, Franklin Ndifor adlı yerli keşiş koronavirusa yoluxanları əlləri ilə təmasla müalicə etməyə çalışıb. Nəticədə, Ndiforun özü infeksiyaya yoluxub. Bir həftə sonra isə o, nəfəs almada ciddi problemlər yaşamağa başlayıb. Bundan sonra həkim çağırılıb. Tibbi müdaxiləyə baxmayaraq, 10 dəqiqə sonra keşiş ölüb.

Səhiyyə Nazirliyinin nümayəndələri keşişlə əlaqədə olan bütün insanların testdən keçməsi barədə çağırış ediblər.

Facebook Comments