Koronavirusa görə karantinə alındığı deyilən Çeki Can: “Nigaran qalmayın”

Koronavirus şübhəsilə karantinə alındığı deyilən dünya şöhrətli ulduz Ceki Çan açıqlama verib.

Sozcu.az xəbər verir ki, aktyor sosial media hesabında fotosunu paylaşaraq yayıb:

“Maraqlanan, narahat olan hamıya minnətdaram. Təhlükəsizlikdəyəm, sağlam və xoşbəxtəm. Məndən nigaran qalmayın, karantində deyiləm. Hamının sağlam və təhlükəsizlikdə olmasını ümid edirəm”.

Xatırladaq ki, sənətçinin bir neçə həmkarı ilə birlikdə Honq Konqda iştirak etdiyi tədbirdə bir nəfərin koronavirusa yoluxma faktı qeydə alınıb. Bundan sonra aktyor və digərlərinin virusa yoluxmaları şübhəsi ilə karantinə alındıqları bildirilib.

Facebook Comments