Koronavirus xəstələrində ola biləcək daha bir problem

Koronavirus pandemiyası başlayandan bəri həkimlər xəstələrdə həyəcanverici simptomlar görməyə davam edir. Bu əlamətlər əsasən zehni pozğunluqlar və demans hallarının artması ilə əlaqədardır.

Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Pskov regional yoluxucu xəstəliklər xəstəxanasının baş həkimi Anastasiya Povtoreyko danışıb.

Həkimin sözlərinə görə, pandemiyanın başlanğıcından COVID-19 xəstələrində davranış reaksiyalarında ciddi dəyişikliklər qeydə alınıb: “Xüsusilə demans hallarının ikiqat artması ciddi narahatlıq doğurur. Həkimlər əvvəlcə bunu cəmiyyətdə bilinməyən bir xəstəlik qorxusunun artması ilə əlaqələndirdilər. Lakin sonradan Oksford Universitetinin həkimləri koronavirusu olan hər beşinci xəstədə zehni pozğunluqlara rast gəldiyini bildirdi. Bu, intoksikasiya sindromu fonunda viral ensefalit və ya reaktiv vəziyyətin nəticələri ola bilər. Ancaq bu günə qədər həkimlər koronavirusun nəticələrini tam qiymətləndirə bilmirlər.

SARS-CoV-2-nin sinir sisteminə zərər verdiyi və beyin iltihabına səbəb olduğu müəyyən edilib. Psixi pozğunluqların simptomlarının nə qədər davam edəcəyini zaman göstərəcək”, – deyə həkim əlavə edib. (publika.az)

Facebook Comments