Koronavirus şoku: 1 gündə 242 nəfər öldü

Çinin Hubey əyalətində yeni növ koronavirusdan (Kovid-19) son 24 saatda 242 nəfər ölüb.

Sozcu.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb. Məlumata görə, şəhərdə 1 gün ərzində 14 min 840 insan epidemiyaya yoluxub. Ümumilikdə isə Hubeydə 48 min 206 nəfər virusun daşıyıcısıdır.

Qeyd edək ki, ölkə üzrə ümumilikdə 1368 nəfər koronavirusdan ölüb.(Axar.az)

Facebook Comments