Koronavirus münasibətləri dəyişəcək – Nazarbayev

Koronavirus dövlətlər arasında münasibətlər formatının dəyişməsinə yardım edəcək.

Sozcu.az xəbər verir ki, bu sözlər Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin “Biz bir olanda məğlubedilməzik” məqaləsində yer alıb. O, hazırda insanlığın yol ayırıcında olduğunu bildirib.

Nazarbayev dünya dövlətlərinin bir-birinə yardım əlini uzatdığını söyləyib:

“Dünya tarixində çoxsaylı savaşlar, onilliklər ərzində davam edən gərgin situasiyalar və konfliktlər, milyonlarla insan həyatının itirilməsinə səbəb olan epidemiyalar olub. İnsanlıq bunların hamısına qalib gəlib. Dünya güclərinin bu çətin situasiyadan dərs çıxarması lazımdır”.

Facebook Comments