Koronavirus infeksiyasına qarşı tədbirlərin alınmasında valiliklərin səlahiyyəti məhduddur – Şərqi Azərbaycan valisi

Şərqi Azərbaycan valisi Məhəmmədrza Purməhəmmədi koronavirus infeksiyasına qarşı tədbirlərin alınmasında valiliklərin səlahiyyətinin məhdud olduğunu bildirib.

O bu barədə əyalət üzrə Koronavirusa qarşı Mübarizə Mərkəzinin keçirdiyi mətbuat konfransında çıxış edib.

Məhəmmədrza Purməhəmmədi valilərin hətta səlahiyyətlərinin kənarında olan bəzi məsələlərə görə cavabdehlik daşıdığını təəssüf hissi ilə bildirib.

“Valiliklərin əsas məsələlərindən biri üzərinə düşən məsuliyyətlə səlahiyyətlərinin uyğun olmamasıdır. Bizdə idarəçilik həm bölgəsəldir, həm də mərkəzə bağlıdır. Böhranlar zamanı milli mərkəzlər yaradılır. Əyalətlər üzrə yaranan mərkəzlər də həmin milli mərkəzlə koordanisiyalı şəkildə fəaliyyət göstərir.”- deyə Məhəmmədrza Purməhəmmədi bildirib.

Şərqi Azərbaycan valisi əlavə edib ki, böhran vəziyyətində valinin qərarları milli mərkəzdən asılı vəziyyətdə olur. Yalnız əlavə səlahiyyət verildiyi zaman, vali hansısa fərqli qərar verə bilər.

Qeyd edək ki, Şərqi Azərbaycan valisi bu açıqlaması ilə koronavirus infeksiyasına qarşı mübarizədə olan çatışmazlıqları izah etməyə çalışıb. Onun sözlərinə görə, yerli məsullar bu barədə istədiyi qərarı vermək iqtidarında deyil.

Sozcu.az

Facebook Comments