Koronavirus artıq bütün Çini işğal etdi – 171 ölü

Çində koronavirus qurbanlarının sayı 170 nəfərə çatıb.

Sozcu.az xəbər verir ki, virusa yoluxanların sayı isə 7711 nəfər olduğu açıqlanıb. Onların 1370 nəfərinin vəziyyəti ağırdır.

Çin rəsmi dairələri artıq koronavirusun ölkənin bütün vilayətlərinə, muxtar rayonlara yayıldığını bildirib.

Qeyd edək ki, koronavirusa yoluxma halı təkcə Çində yox, Yaponiya, Cənubi Koreya, ABŞ, Tailanda, Almaniya, Avstraliya, Finlandiya, Fransada da müşahidə edilib.

***

Çində koronavirusa yoluxanların sayı bu gün axşam saatlarında 8152 nəfərə, ölənlərin sayı isə 171-ə çatıb.

Bu barədə TASS məlumat yayıb.

Facebook Comments