Korona sünidir: bu, iki ölkənin oyunudur – Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko COVİD-19 pandemiyasının süni xarakterli olduğunu istisna etmir.

Sozcu.az Teleqraf.com-a istinadən xəbər verir ki, o, bu barədə Minskdə vətəndaşlar qarşısında çıxışında bildirib.

“Vaxtilə bir sual vermişdim. İki ay əvvəl bunu soruşdum, yenə də soruşuram: bu pandemiya insan tərəfindən hazırlanmış hadisədir? Bilmirəm. Bu barədə düşünün”, – Lukaşenko bildirib.

Belarus Prezidenti dünya nəhəngləri – ABŞ və Çin arasındakı geosiyasi və iqtisadi rəqabətə də diqqət çəkib:

“Çin və Amerikanın dünyanı yenidən bölüşdürə bilməsi üçün xüsusi və peşəkarlıqla hazırlanmış oyun deyildimi? Ya da başqa ölkələri özünüzə tabe etmək üçün? Əsas iqtisadiyyatdır. Mövcud olanları bölməyə başladılar”.

Facebook Comments