Könül xəstəxanaya yerləşdirildi

Türkiyənin məşhur müğənnisi Könül Yazar xəstəxanaya yerləşdirilib.

Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda onun yaxınları sosial şəbəkədə paylaşım edib.

Uzun müddətdir səhhətində ciddi problem olan ifaçının qəfildən hərarəti qalxıb və ürəyi bulanıb. Huşunu itirən Könülü yaxınları təcili xəstəxanaya çatdırıblar.(Axşam.az)