“Kölgə iqtisadiyyatı”na qarşı mübarizə daimi olmalıdır, çünki…”

Vahid Əhmədov: “Vergi-gömrük sistemindəki islahatlar nəticəsində “kölgə iqtisadiyyatı”na müəyyən zərbələr vurulub”

“Kölgə iqtisadiyyatı”na qarşı mübarizə ölkə başçısının hər zaman dqiqət mərkəzində saxladığı məsələlərdən olub. Hansı ki, prezident İlham Əliyev sonuncu müşavirədə də bu problemə qarşı qətiyyətlə mübarizə aparmağın vacibliyinə toxundu və bu məsələdə heç kimə güzəşt edilməyəcəyini vurğuladı.

Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov “kölgə iqtisadiyyatı”na qarşı mübarizədə əldə edilən uğurlara toxunmaqla yanaşı, bu mübarizənin davam etdirilməsinin önəminə də diqqət çəkdi:

“Ilk dəfə deyil ki, ölkə başçısı “kölgə iqtisadiyyatı” ilə bağlı məsələyə toxunur. Ölkə başçısı həmişə bu məsləni nəzarətdə saxlayır. Biz də öz növbəmizdə parlamentdə cənab prezidentin bununla bağlı verdiyi qərarları təsdiq eləmişik. Vergi-gömrük sistemində bir sıra dəyişikliklər etmişik. Bu islahatlar nəticəsində “kölgə iqtisadiyyatı”na müəyyən zərbələr vurulub. Amma bu elə bir problemdir ki, bununla daima mübarizə aparmaq laızmdır.

“Kölgə iqtsiadiyyatı”nın yaranma səbəbi, bu yaradılış üçün gərəkli olan zəminin necə formalaşması və s. dərindən araşdırılmalıdır.

Dövlət başçısı bu məsələ ilə bağlı öz qəti iradəsini ortaya qoyub. Hesab edirəm ki, qısa müddətdə Azərbaycanda “kölgə iqtsiadiyyatı”nı azaltmalıyıq. Azərbaycan iqtsiadiyyatı inkişaf edən iqtisadiyyatdır. Onun perspektivi kifayət qədər böyükdür. Ona görə də belə neqativ halalr bizim iqtisadiyyatımzda olmamalıdır”.

Sozcu.az

Facebook Comments