Kokainlə dolu təyyarə qəzaya düşdü

Külli miqdarda kokain daşıyan kiçikhəcmli təyyarə Ekvadorun Manabi əyalətində qəzaya uğrayıb.

Barədə “Komersiyo” nəşri məlumat yayıb. Bildirilib ki, təyyarə xarici dövlətin qeydiyyatındadır və göyərtədə cəmi 2 nəfər olub.

Qəza zamanı onlar müxtəlif dərəcəli xəsarətlər aldıqlarından xəstəxanaya yerləşdiriliblər. Hələ ki, onların da vətəndaşlığı müəyyən edilməyib.

Qəzadan sonra təyyarədə baş verən yanğın səbəbindən kokainin müəyyən hissəsi məhv olub.

Qeyd edək ki, Ekvador narkotacirlərin tranzit olaraq istifadə etdiyi ölkələrdən biridir.