Köçəryan Paşinyanı hədələyir

Ermənistanın keçmiş prezidenti, həbsdə olan Robert Köçəryan “Reuters” agentliyinə müsahibə verib. O bildirib ki, yaxın gələcəkdə ölkənin yeni rəhbərliyinə meydan oxumaq üçün güclü müxalifət qüvvələri cəmləşir və o, Ermənistan hakimiyyətinə qarşı mübarizəyə qoşulmaq niyyətindədir.

1998-2008-ci illərdə Ermənistan prezidenti postunu tutmuş Köçəryan ötən il 2008-ci ilin martında prezident seçkilərindən sonra ölkədə fövqəladə vəziyyətin tətbiqi yolu ilə qanunsuz hərəkətlərin törədilməsi ittihamı ilə həbs olunub.

Köçəryan həbsxanadan agentliyə ünvanladığı məktubda bildirib ki, ona qarşı ittihamlar siyasi motivlidir. O, Ermənistanın baş naziri Nikol Paşinyanı qanunun özbaşına tətbiqində ittiham edib.

O deyib ki, Ermənistanda yeni müxalifət partiyaalrı yaranır. “Bu proses, sözsüz ki, tezliklə yeni hakimiyyətə meydan oxuyacaq güclü siyasi qüvvənin yaranmasına gətirib çıxaracaq”, – o deyib. Köçəryan şəxsən özünün bu müxalifətin sıralarında olub-olmayacağı barədə suala “bəli, əlbəttə” cavabını verib.-02D-