Koalisiya Yəməni vurdu: qadın və uşaqlar öldü

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmənin şimal-qərbində yerləşən yaşayış məntəqələrini bombalayıb.

Sozcu.az xəbər verir ki, bu barədə husilərə məxsus “Əl Məsirə” telekanalı məlumat yayıb.

“Bombardman nəticəsində 8 nəfər həlak olub. Onların arasında qadın və uşaqlar da var. 11 nəfər isə yaralanıb”, – məlumatda qeyd olunub.(Axar.az)