Klub prezidenti “Barselona”nı oğurluqda ittiham etdi

“Vilyarreal”ın prezidenti Fernando Roiq maraqlı açıqlama verib.

Sozcu.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub rəhbəri, futbolçularının digər komandalar tərəfindən oğurlandığını deyib:

“Ölkənin ən yaxşı akademiyasına sahibik. Buna görə də, klublar futbolçularımızı oğurlayırlar. Bunun qorxunc olduğunu düşünürəm. Hələ peşəkar olmayan, 15 yaşlı futbolçularımıza müqavilə təklif edirlər. Bunlar “Barselona”, “Atletiko” və “Atletik” klublarıdır”.(Komanda.az)

Facebook Comments