“Klounluq etməsə, “Siti”nin kapitanı ola bilər”

“Mançester Siti”nin kapitanı Vensan Kompani komandanı yoldaşı Bernardu Silvanın çıxışından danışıb.

Sozcu.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, belçikalı müdafiəçi çempionluqda portuqaliyalı yarımmüdafiəçinin rolunun daha çox olduğunu bildirib:

“Tez-tez özünə də deyirəm ki, sən 50 faiz kloun, 50 faiz isə lidersən. Nə vaxt liderlik keyfiyyəti 75, digəri isə 25 faiz olsa, kapitanlıq sarğısını qoluna taxa bilər. O, çox güclüdür. Açığı, bu titula hamıdan çox Silva layiqdir”.(Qol.az)