Kloppdan Mbappe açıqlaması – “Heç bir şansımız yoxdur”

“Liverpul”un baş məşqçisi Yurqen Klopp PSJ-nin futbolçusu Kilyan Mbappeni transfer edəcəkləri haqda yayılan xəbərlərə münasibət bildirib.

Sozcu.az-ın məlumatına görə, bu barədə İngiltərə mətbuatına danışan 52 yaşlı mütəxəssis maddi imkanlar səbəbindən bu transferin mümkün olmayacağını deyib:
“Azarkeş olaraq baxanda, Mbappe kimi oyunçunun alınmaması üçün heç bir səbəb yoxdur. Amma mövzuya klub tərəfdən yanaşanda pul vacib məsələyə çevrilir. Bu transfer üçün heç bir şansımız yoxdur. Xəyallarınızı puç etdiyim üçün üzr istəyirəm. Mbappeni PSJ-dən ala biləcək bir klubun olduğunu düşünmürəm. Biz də bu sıraya daxilik. Dürüst olsaq, bu cür oyunçunu transfer etmək çox çətindir”.

Qeyd edək ki, K.Mbappe ilə “Real” da maraqlanır.(Qol.az)