“Klopp və Poçettinonu İtaliyada çoxdan öldürərdirlər” – Mançini

“İtaliyada heç kimin səbri yoxdur. “Liverpul”a, “Tottenhem”ə baxın. Bu komandalar Premyer Liqada liderlər qrupundadır. Onlar ildən-ilə inkişf edir, ancaq hələ kubok qazanmayıblar”.

Sozcu.az  xəbər verir ki, bu sözləri İtaliya millisinin baş məşqçisi Roberto Mançini “Football İtalia”ya açıqlamasında deyib.

İtalyan və ingilis azarkeşlərini müqayisə edən çalışdırıcı həmvətənlərinin uğursuzluğa dözümsüz olduğunu bildirib: “İngilislər bilirlər ki, vaxtı çatanda uğur da gələcək. Baş məşqçilər Klopp və Poçettinonun rahat işləməsinə imkan verirlər. İtaliyada onları çoxdan öldürərdilər”.

Qeyd edək ki, “Liverpul” Çempionlar Liqasının yarımfinalının ilk oyununda “Barselona”ay 0:3 hesabı ilə uduuzb. “Tottenhem” isə 1/4 finalda “Ayaks”a uduzaraq mübarizəni dayandırıb.(Qol.az)

Facebook Comments