Kiyevdən qərar: Rusiyanın adamı həbsdə qaldı

Kiyevin Podolsk məhkəməsi “RİA Novosti”nin Ukrayna bürosunun baş redaktoru Kirill Vışinskinin həbs müddətini uzadıb.

Sozcu.az xəbər verir ki, bu barədə onun vəkili Andrey Domanski məlumat verib.

“Həbs müddətinin 22-ə iyula qədər uzadılması qərarı verildi. Qərarın dəyişdirilməsi ilə bağlı müraciət rədd edilib”, – deyə vəkil bildirib.

Qeyd edək ki, ötən il “RİA Novosti”nin Ukrayna bürosunun baş redaktoru Kirill Vışinski Xerson bölgə məhkəməsi tərəfindən həbs edilib.(Axar.az)