Kiyevdə Poroşenkonun impiçmenti tələbi ilə yürüş keçirilir – Video

Kiyevin mərkəzində prezident Petro Poroşenkonun impiçmentinin tələbi ilə kütləvi yürüş keçirilir.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, etirazçılar əllərində “Prezidentin impiçmenti”, “Ukraynanın qalibiyyəti-Poroşenkonun impiçmenti” şüarlarının yazıldığı plakatlarla prezident administrasiyası istiqamətində hərəkət edirlər.

Polis tərəfindən hər hansı qanun pozuntusu qeydə alınmayıb.