Kıvanç Tatlıtuğ xəstəxanaya yerləşdirildi – COVID -19 şübhəsi

Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ xəstəxanaya yerləşdirilib.

Sozcu.az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi koronavirus (COVİD -19) pandemiyasına yoluxmada şübhəli bilinir.

Kemerburgaz ərazisində meşənin içində xanımı Başak Tatlıtuğla karantində olan aktyorun halı dünən anidən pisləşib.

Özünü yaxşı hiss etməyən Kıvanç mərkəzi xəstəxanalardan birinə aparılıb.

Facebook Comments