Kişilərdən az maaş alan qadınlara 1 milyon dollar – Ödəniləcək

ABŞ-ın Princeton Universiteti qadın professorlara kişi professorlardan daha az maaş verməsi səbəbindən təxminən 1 milyon dollar ödəməyi qəbul edib.

Teleqraf.com xəbər verir ki, universitet qadın professorların maaşını ən azı 250.000 dollar artırmaq və 925.000 dollar geri ödəmək üçün ABŞ-ın Əmək Nazirliyi ilə razılaşıb.

Bu müqavilə Əmək Nazirliyinin 2012-2014-cü illər arasında 106 qadın professorun kişi professorlara nisbətən daha az maaş aldığı məlum olduqdan sonra reallaşıb.

Facebook Comments