Kirayədə yaşadığını deyən icra başçısı 4 minlik kəmər taxır – FOTOFAKT

Kirayədə yaşadığını deyən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev brend markalı kəmər taxır.

Sozcu.az xəbər verir ki, kirayədə qalmasından gileylənən İcra Hakimiyyəti başçısının kəməri “Stefano Ricci”dəndir.

Hazırda sözügedən markanın satış qiyməti 2 min avro (4 min manat) təşkil edir.

Maraqlıdır, İmişlidə şəkər zavodunda ailələr üçün tikilmiş yataqxanada, ailəsi ilə birlikdə aylıq 124 manat kirayə haqqı ödəməklə yaşadığını deyən Vilyam Hacıyev bəs 4 min manata kəməri necə alıb?!

Qeyd edək ki, müğənni Vasif Məhərrəmli də həmin markadan istifadə edir.(Demokrat.az)

Facebook Comments