Kimlərə çox su içmək olmaz? – Ölümə səbəb olur

Hər bir insan üçün adi suyun 5-7 litr həcmində qəbulu ölümcül dola hesab edilir.

Son zamanlar gündə 2-2,5 litr su içməyin sağlamlığa faydaları barədə çox yazılar, məsləhətlər eşidirik. Sozcu.az medicina.az-a istinadən bildirir ki, bir çoxları buna əməl etməyə çalışaraq, möcüzə gözləyir. Amma elə xəstəlikləri olan insanlar var ki, onlar üçün sutkada 2 litr belə su içmək fatal sonluqla, yəni ağırlaşma və ölümlə nəticələnə bilər.

Bu problemi olanlar su isteriyasına düşməsin.

-Kəskin və xroniki ürək -damar xəstəlikləri olanlar, ürək əməliyyatı keçirənlər, ürək çatışmazlığı – Maye qəbulu artdıqca dövr edən qanın miqdarı artır, ürəyin yükü çoxalır

-Kəskin və xroniki böyrək çatışmazlığı olanlar, böyrək təzyiqi olanlar – Böyrəklər artıq mayenı süzə bilmir, yük çoxalır

-Qaraciyər çatışmazlığı, assit xəstəliyi olanlar – qaraciyər toxumaları şişir

-Hamilə qadınlara – şişkinliyi artırır

-yeni əməliyyat keçirmiş şəxslərə

-6 ayına kimi körpələr.

Facebook Comments