Kılıçdaroğluna hücumla bağlı Ərdoğandan ilk açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının baş katibi Kamal Kılıçdaroğluna şəhid cənazəsində edilən hücumla bağlı açıqlama verib.

Sozcu.az xəbər verir ki, o bu barədə sosial media hesabında qeyd edib.

“Dünən dörd şəhidimizi torpağa verdik. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Bu vətən onların bizə miras qoyduğu müqəddəs bir əmanətdir.

Nə yazıq ki, dünən Çubukda bir şəhidimizin cənazə törənində istənilməyən bir olay meydana gəlib, CHP baş katibi Kamal Kılıçdaroğluna yönəlik etirazlar şiddətli əmələ çevrilib.

Olay bütün incəliyi ilə araşdırılmaqdadır. Şiddəti qətiyyən münasib bilməyəcəyik. Hər cür şiddətə və terrora qarşıyıq. Kiminsə Türkiyənin dinc iqliminə zərər verməsinə icazə verməyəcəyik”, – Ərdoğan yazıb.(Axar.az)