Kılıçdaroğluna hücuma rəsmi reaksiyalar:”Bunun demokratik siyasətə kölgə düşürməsinə imkan verməyəcəyik”

Xəbər veridiyimiz kimi, bu gün Ankarada şəhid dəfni zamanı CHP lideri Kamal Kılıçdaroğluna bir qrup hücum edib.

Sozcu.az xəbər verir ki, hücum Türkiyədə və dünyada böyük səs-küy yaradıb.

Məsələyə münasibət bildirən Ədliyyə naziri Abdulhəmid Gül Kılıçdaroğluna edilən hücumu kəskin pisləyib.

O bildirib ki, bu mənfur hücumdur, şiddətlə qınayır: “Şəxsinə keçmiş olsun deyirəm. Şiddətin heç bir halda demokratik siyasətə kölgə düşürməsinə imkan verməyəcəyik”.

Hadisəyə Ərdoğanın sözçüsü İbrahim Kalın da reaksiya verib. O, hücumu qınayıb və bildirib ki, gərəkli hüquqi addımlar atılır: “Keçmiş olsun!”.(Strateq.az)