Şəhid dəfnində CHP liderinə yumruq zərbələri endirildi -FOTO

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Ankarada şəhidin yas mərasimində gözlənilməz hücuma məruz qalıb.

Sozcu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dəfn mərasimində bir qrup CHP liderinə qarşı əvvəlcə şüarlar səsləndirib.

Daha sonra isə bir qrup Kılıçdaroğluna hücum çəkib və ona yumruq zərbələri endirilib.

Polisin müşayiəti ilə K. Kılıçdaroğlu yaxınlıqdakı bir evə gətirilib.

Hadisəyə polisdən dərhal reaksiya verilib. Polis ərazini mühasirəyə alıb, müvafiq tədbirlər həyata keçirib.

Daha sonra o, evi tərk edib.

Məlumata görə, CHP liderinin səhhətində hər hansı bir problem yoxdur.