Kevin de Bruyne planı – 21 milyonluq təklif

“Mançester Siti” futbolçusu Kevin de Bruyneyə yeni müqavilə təklif edəcək.

Sozcu.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərdə, “Mançester Siti”nin belçikalı yarımmüdafiəçini komandada saxlamaq niyyətində olduğu və bu səbəbdən də ona müddəti 2025-ci ilə qədər olan yeni sözləşmə təklif edəcəyi bildirilir. De Bruynenin yeni müqavilə ilə illik məvacibi 21 milyon avro olacaq.

2015-ci ilin yayından “Mançester Sti”də forma geyinən 28 yaşlı yarımmüdafiəçinin hazırkı müqaviləsi 2023-cü ilin iyuluna qədərdir.komanda.az

Facebook Comments